Gədəbəydə 5 avtomobili sel aparıb

İyunun 20-də Gədəbəy rayonu ərazisinə yağmış güclü yağışdan Xar-Xar, Zəhmət, Slavyanka, Maarif və Daşbulaq kəndlərində bir sıra fərdi evlərin həyətyanı sahələrini su basıb. Gəncə, Şəmkir və Gədəbəy rayon sakinlərinə məxsus 5 avtomobili sel aparıb. Bundan başqa, sel Daşbulaq kəndini təbii qazla təmin edən borunu da sıradan çıxarıb.


Bir neçə gün əvvəl də Gədəbəydə güclü yağış rayondakı kartof sahələrinə ciddi ziyan vurmuşdu.