Xəzərin statusuna dair bəyannamə layihəsi razılaşdırılıb

İyunun 21-də Tehranda ikitərəfli görüşlər planlaşdırılıb

İyunun 20-də Tehranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası olub. Nazirlər Xəzəryanı dövlət başçılarının imzalayacağı birgə bəyannamənin layihəsini razılaşdırıblar.

Azərbaycan XİN-in rəsmisi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib ki, həmin sammitin İranda keçirilməsi qərara alınıb. Onun dediyinə görə, layihə dövlət başçılarına təqdim ediləcək və sammitin vaxtını da onlar özləri müəyyənləşdirəcəklər.

İyunun 21-də isə Tehranda ikitərəfli görüşlər planlaşdırılıb.


Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun iranlı həmkarı Mənuçöhr Mottaki ilə görüşü gözlənilir. Habelə, cənab Məmmədyarovu İran prezidentinin qəbul etməsi planlaşdırılır.