Qarabağ məsələsində müxalifət hakimiyyətlə əməkdaşlığa hazırdır

Milli Məclis, 2 oktyabr 2006

Milli Məclisin iyunun 16-da keçirilən növbədənkənar iclasında bəzi millət vəkilləri Dağlıq Qarabağ problemini hərbi yolla həll etmək təklifini səsləndiriblər.


Deputat Fəzail Ağamalı bildirib ki, xalq Azərbaycan və Ermənistan prezidentlərinin son Sankt-Peterburq görüşünə ümidlər bəsləyirdi. Amma Ermənistanın qeyri-konstruktivliyi nəticəsində bu dəfə də irəliləyiş əldə olunmayıb. Buna görə də Azərbaycan problemin hərbi yolla həlli barədə düşünməlidir.

Fəzail Ağamalının bu fikrini deputat Pənah Hüseyn də dəstəkləyib. O da bildirib ki, artıq danışıqlar heç bir nəticə vermir. Ölkə prezidenti dəfələrlə lazım gələrsə, torpaqların güc yoluyla azad ediləcəyini bildirib. Bu bəyanatlar onları sevindirir, ancaq artıq «bəyanatlardan əməli işə keçmək lazımdır».


Pənah Hüseynini dediyinə görə, «Azərbaycan müxalifəti bu işdə hakimiyyətlə hər cür işbirliyinə hazırdır».