«İstər Azərbaycanda, istərsə də Özbəkistanda məhbuslara işgəncələr verilir»

Sülh və Demokratiya İnstitutunın direktoru Leyla Yunus

İyunun 15-də «Diplomat» hotelində «Azərbaycan-Özbəkistan 2006-cı ildə: insan hüquqları və demokratik azadlıqlar» kitabının təqdimat mərasimi keçirilib. Kitabın Azərbaycandakı müəlliflərindən Sülh və Demokratiya İnstitutunın direktoru Leyla Yunus deyir ki, onlar hər iki ölkədəki real vəziyyəti əks etdirməyə çalışıblar. Kitabda qeyd edilib ki, istər Azərbaycanda, istərsə də Özbəkistanda məhbuslara işgəncələr verilir. Hər iki ölkədə söz azadlığı kobud şəkildə pozulur, insanların sərbəst toplaşmaq azadlığı təmin edilmir.



Mərasimdə Azərbaycan və Özbəkistandan başqa, Filippin və Türkmənistandan olan hüquq müdafiəçiləri də iştirak ediblər. Tədbirdə vurğulanıb ki, həm işgəncələr, həm mətbuat, həm də siyasi müstəvidəki kobud qanun pozuntuları ilə bağlı Avropa Məhkəməsinə müraciət etmə prosesi sürətləndirilməlidir.