İraqın Baş naziri Nuri əl-Maliki bu haqda əmri Samarra şəhərində terror aktından sonra verib.
İyunun 13-də orada əsas şiə ziyarətgahlarından biri –Qızıl Məscid partladılıb. İki minarə tamamilə dağılıb.
Elə həmin gün Bağdadda tanınmış jurnalist, gündəlik «əs-Sabah» qəzetinin baş redaktoru oğurlanıb.
İraqdakı Amerika komandanlığı daha üç hərbçinin öldüyünü bildirib.