Gəncədə 2 min abonentin qazı kəsilib

Gəncə sakinlərinin 43 faizi may ayında qaza olan borcunu hələ də ödəməyib

Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər qaz idarəsinin baş mühəndisi Şubay Nəsirov məlumat verib. Mühəndisin sözlərinə görə, onlar daha çox borcu olan abonentlərin qazını kəsiblər: «Şəhər sakinlərinin 43 faizi may ayında qaza olan borcunu hələ də ödəməyib. Buna görə belə inzibati tədbirə əl atmışıq».


İyunun 10-da Gəncənin bütün ərazisində isə işıqlar söndürülüb. Şəhər İşıq Şəbəkəsinin məsul əməkdaşı Real Hüseynov bunu profilaktika tədbirləri ilə əlaqələndirib. Onun sözlərinə görə, bəzi vətəndaşların işıq pulu borcu olsa da, şəhərin heç bir yerində elektrik enerjisinə məhdudiyyət tətbiq edilməyib.