Dolu əkin sahələrinə ziyan vurub

Son 30 ildə MR-nın kənd təsərrüfatına bu qədər ziyan dəyməmişdi

İyunun 8-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasına yağan güclü leysan yağışının sonradan doluya çevrilməsi kənd təsərrüfatına ciddi ziyan vurub.


Əkin-biçinlə məşğul olan kənd camaatının dediyinə görə, son 30 ildə Muxtar Respublikanın kənd təsərrüfatına bu qədər ziyan dəyməmişdi.


May ayının ortalarından hava yağmurlu keçdiyindən, kəndlilər kənd təsərrüfatı məhsullarının şitillərini əkməyə məcbur olublar. Lakin yağışlı hava şitillərin böyüməsinə imkan vermir.


Hər il bu vaxtlar Muxtar Respublikanın bazarlarında qiymətlərin aşağı enməsi müşahidə olunduğu halda, bu il qiymətlər xeyli qalxıb.


Çayların daşması bir neçə gün əvvəl isə Yuxarı Qışlaq kəndində Xudanovlar ailəsindən iki nəfərin çayda boğulmasına səbəb olub.


Sinoptiklər xəbər verir ki, muxtar respublikada belə dəyişkən yağmurlu hava şəraiti iyunun 20-dək davam edəcək.