«Tərəflər razılığa gələ bilsə, bu, Azərbaycanın bölgədə nüfuzunu artıracaq»

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov

«ABŞ-la Rusiya Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı razılığa gələ bilsə, bu, Azərbaycanın bölgədə nüfuzunu artıracaq» Bunu iyunun 8-də jurnalistlərə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Azərbaycan Qəbələ RLS-dən Amerika və Rusiyanın birgə istifadəsi ilə bağlı ikitərəfli və ya üçtərəfli formatda müzakirələrə hazırdır. Nazir onu da deyib ki, hələlik müzakirələrin hansı formatda keçiriləcəyi bəlli deyil.


«Qəbələ RLS-nin icarəyə verilməsi ilə bağlı şərtlərə yenidən baxıla bilərmi» sualına cavab olaraq cənab Məmmədyarov deyib: «Bu, hələ gələcəyin söhbətidir».


Rusiya ABŞ-a Qəbələ Radiolakasiya Stansiyasını müştərək istifadə etməyi təklif edib.