Yaponiyanın paytaxtı 2016-cı il Yay Olimpiya oyunlarını keçirmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ərizə yollayıb.
Buna qədər Tokioda Yay Olimpiya oyunları 1964-cü ildə keçirilib.
Beləliklə, Yaponiyanın paytaxtı oyunların keçirilməsinə ilk rəsmi namizəddir.
2016-cı il Yay Olimpiya oyunlarını keçirmək istəyini Madrid, Praqa, Roma, Rio-de-Janeyro, Bakı və Çikaqo da bildirib. Amma bu şəhərlər hələlik rəsmi ərizə ilə BOK-a müraciət etməyiblər.