Əfqanıstanda jurnalist qətlə yetirilib

Əfqanıstanın özəl «Sülh» radiostansiyasının direktoru Zakia Zaki iyunun 5-də axşam naməlum şəxslər tərəfindən Parvan əyalətindəki şəxsi evində güllələnib.


Mayın 31-də isə Kabildə televiziya aparıcısı və reportyor Şakiba Sanqa Amac qətlə yetirilib.


Əfqanıstanın Müstəqil Jurnalistlər Assosiasiyasının rəhbəri Rahimulla Samander «Azadlıq» radiosuna müsahibəsində bu qətllərlə bağlı dərin narahatlığını bildirib.