«Şahdəniz» yatağında üçüncü quyu da istismara veriləcək

«Hazırda «Şahdəniz» iki quyudan qaz hasil edirik, bu yaxınlarda üçüncü quyunu da işə salacağıq». «bp-Azərbaycan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirir ki, gələn il üçün Azəri-Çıraq-Günəşli yataqlarında da tikinti başa çatacaq.


«Faza-3» mərhələsində bütün platformaların tikintisini yekunlaşdıracağıq». bp rəsmisi deyir ki, 2008-ci ildə Azəri-Çıraq-Günəşli yataqları tam miqyaslı istismar olunsa, gündəlik hasilat 1 milyon barelə çatacaq.