Bu barədə Ana Vətən Partiyasından olan deputat Zahid Oruc bildirib. O, hesab edir ki, parlament öz işini iyunun ortalarında yekunlaşdıracaq.
Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimovun sözlərinə görə yaz sessiyasının uzadılması ilə bağlı artıq 43 deputat parlament rəhbərliyinə rəsmi şəkildə müraciət edib.
Cənab İbrahimov deyir sessiyanın müddəti iki halda uzadıla bilər: prezident müraciət edərsə və ya 43 deputatın imzası ilə məsələ qaldırılarsa.
Müraciəti imzalayan millət vəkilləri hesab edirlər ki, qəbulu vacib olan bir sıra qanunlar var. Ona görə də, yaz sessiyası mayan 31-də öz işini yekunlaşdırmamalıdır.
Milli Məclisin yaz sessiyası fevralın 1-dən başlayır mayın 31-də başa çatır.