Moskvada daha bir Azərbaycan vətəndaşı qətlə yetirilib

Çoxlu bıçaq yaraları və işgəncə izləri olan cəsədi mayın 30-da axşam Rusiya paytaxtının cənubundakı mənzildə tapıblar.


Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 39 yaşlı azərbaycanlı «Kaşirski dvor» bazarında malyükləyən işləyirdi. Milisdə düşünürlər ki, qətl çox ehtimal ki, məişət zəminində törədilib.