19 yaşlılardan ibarət yığma ilk oyunda qələbə qazanıb

Norveçin Sarpsborq şəhərində 19 yaşlı futbolçular arasında Avropa Çempionatının seçmə oyunları başlayıb. Arif Əsədovun çalışdırdığı Azərbaycanın 19 yaşlılardan ibarət yığması ilk oyunda meydan sahibləriylə qarşılaşıb və 2:1 hesabıyla qələbə qazanıb. Milli iyunun 1-də ispan, 3-də isə island həmyaşıdları ilə qarşılaşacaq.