Moskvada cinsi azlıqların piketində iki avropalı deputat saxlanıb

Moskvada, meriya yaxınlığında cinsi azlıqların hüquqlarını müdafiə etmək üçün keçirilən piketdə 20-dək adam saxlanıb.

Piketə 40-dək adam toplaşıb. Ora gələn bir neçə yüz skinhed, monarxist və kazak təşkilatlarının nümayəndələri nümayişçiləri döyməyə başlayıblar.


Xüsusi təyinatlılar müdaxilə edib.



Saxlananlar arasında hakimiyyətin qadağan etdiyi qey-paradın təşkilatçısı Nikolay Alekseyev, Başqırdıstan Dövlət Məclisinin deputatı Edvard Murzin, Britaniya vətəndaşı Piter Tetçell, alman deputatı Folker Bek və Avropa Parlamentinin italiyalı üzvü Marko Kappato da var.