Ukraynada erkən parlament seçkiləri sentyabrın 30-a təyin olunub

Ukraynada siyasi böhran keçən ay yaranmışdı

Ukrayna prezidenti Viktor Yuşşenko deyib ki, ölkədə erkən parlament seçkiləri sentyabrın 30-da keçiriləcək.


Bu haqda razılaşma mayın 27-nə keçən gecə, Yuşşenko və Baş nazir Viktor Yanukoviç arasında saatlarla davam edən danışıqlardan sonra əldə olunub.


Ukrayna prezidenti razılaşmanı «kompromis» adlandırıb, deyib ki, Ukraynada siyasi böhran «başa çatıb».