İran hakimiyyəti alimi «təxribatçılıq niyyətlərində» təqsirləndirib

İran hakimiyyəti alim Xaleh Esfandiarini hökumət əleyhinə niyyətlərdə ittiham edib.


İranın dövlət televiziyası kəşfiyyat orqanlarına istinadən xəbər verib ki, alimi işəgötürən -Vudro Vilson adına Amerika institutu guya, «ölkənin suverenliyini sarsıtmaq məqsədilə şəbəkə» yaradıb.


İrana dekabrda qayıdan alim mayın əvvəlində həbs olunub.