Ukrayna məktəblərində mobil telefonlardan istifadə qadağan edildi

Ukrayna hökuməti yeni dərs ilindən siniflərdə və auditoriyalarda mobil telefonlardan istifadəni qadağan edib. Rəsmilər bildirirlər ki, əyləncə üçün istifadə olunan mobil telefonlar dərs prosesinə mane olur. Mobil rabitə şagird və tələbələrə imtahan suallarının cavablarının köçürülməlisində də yardımçı olur. Ukrayna Təhsil Nazirliyi müəllimlərə söndürülməyən telefonları müsadirə etmək hüququ verir.


Bundan əvvəl isə İstanbulun orta məktəblərdə də mobil telefonlardan istifadə qadağan edilib.


Bir müddət öncə Azərbaycancanın Təhsil naziri Misir Mərdanov da dərs prosesinə mane olduğu üçün tədris ocaqlarında mobil telefonlardan istifadənin qadağan olunması təşəbbüsü ilə çıxış edib. Nazir bunun üçün ictimaiyyətdən dəstək gözlədiyini bildirib.