Ağstafa çayı daşaraq sahilə yaxın əkin sahələrini basıb

Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində Ağstafa çayı daşaraq sahilə yaxın əkin sahələrini basıb, rayonun Polyu qəsəbəsini 7 kəndlə birləşdirən körpünün bir hissəsini uçurub.


Təbii fəlakətin vurduğu ziyanın müəyyənləşdirilməsi üçün komissiya yaradılıb.