Liviya lideri Fələstin informasiya agentliyini məhkəməyə verir

Liviya lideri Müəmmar Qəddafi yaxınlarda onun ölüm ayağında olması barədə xəbər yayan Fələstin informasiya agentliyini məhkəməyə vermək niyyətindədir.


Qəddafi bunu mayın 15-də Tripolidə deyib, əlavə edib ki, yanlış məlumatın yayılmasında onun ərəb dünyasındakı düşmənləri maraqlıdırlar.


Qəddafinin insult keçirdiyi və xəstəxanaya düşdüyünü xəbər verən agentlik artıq Liviya liderindən üzr istəyib.