Göbələk bütün dünyada buğdaya təhlükə törədir

Göbələyin yeni növü indi Keniya, Efiopiya və Yəmənə yayılır

Amerika Fitopatologiya Cəmiyyətinin mütəxəssisləri deyirlər ki, buğdanın pas xəstəliyinin bir növü olan yeni göbələk xəstəliyi artmaqda davam edir və dünya miqyasında buğda məhsulunu yox edə bilər. Bu xəstəliyin törədicisi alimlərə Ug99 kimi tanışdır.

Xəstəliyin kütləvi epidemiyası 20-ci əsrin əvvəllərində Şimali Amerikada baş verib. 50-ci illərin ortalarında alimlər bu xəstəliyə genetik cəhətdən dayanıqlı buğda növləri yetişdiriblər ki, bu da onun tam məhvi ilə nəticələnmişdi. Bu müvəffəqiyyətə baxmayaraq, göbələk xəstəliyinin Uqandada peyda olan yeni növü indi artıq Keniya, Efiopiya və Yəmənə də yayılır və potensial olaraq, Pakistan, Hindistan, Çin və başqa ölkələri bürüyə bilər.


Tədqiqatın rəhbəri Devid Marşall hesab edir ki, bu göbələyin sporu (çoxalma orqanları) çox sayda regionları bürüsə, xəstəlik bütün dünyada buğda məhsulunu məhv edə bilər.