Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib

Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla Arzu Yusif oğlu Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.


Arzu Rəhimov bundan əvvəl Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, Sərhəd Qoşunları Baş Qərargahının rəisi olub. General-mayordur.