İraqda aprel ayında 99 ABŞ hərbçisi həlak olub

İraqın Kərbəla şəhərində azı 58 adam terror qurbanı olub, 170 adam isə yaralanıb

İraqda son iki gündə döyüşlərdə və partlayışlar nəticəsində 9 ABŞ hərbçisi həlak olub.

Beləliklə, təkcə aprel ayında Amerikanın İraqda itkiləri 99 nəfərə çatıb.


Aprelin 28-də İraqın Kərbəla şəhərində azı 58 adam terror qurbanı olub, 170 adam isə yaralanıb.


Partlayış şəhərin adamla dolu ticarət rayonunda, şiə ziyarətgahının yaxınlığında baş verib.


Anbar əyalətinin Xit şəhərində kamikadzenin sürdüyü minalanmış yük maşınının partlaması nəticəsində 9 polis və 6 dinc sakin ölüb.


Paytaxt Bağdadda isə hücumlar nəticəsində 13 adam qətlə yetirilib.