Şıxlı sərhəd nəzarət məntəqəsindəki insidentə görə üç Türkiyə vətəndaşı həbs edilib

Bu barədə ANS Press-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Aprelin 26-da həmin Türkiyə vətəndaşları viza qaydalarına pozduqlarına görə ölkədən çıxarılmaq üçün nəzarət məntəqəsinə gətiriliblər. Ancaq Gürcüstana keçərkən sərhədçilərin tələblərini yerinə yetirməyib, hərbçilərə müqavimət göstəriblər. Üç sərhədçi bıçaq yarası alıb.


Qazax rayon prokurorluğunda cinayət işi başlanılıb.