Tallində yeni toqquşmalarda 70-dək adam xəsarət alıb

Estoniya polisi səhərə yaxın vəziyyətin nəzarət altına alındığını deyir

Tallində aprelin 28-ə keçən gecə polislə yeni toqquşmalarda 70-dək adam xəsarət alıb.

Yüzlərlə adamın saxlanıldığı bildirilir.


Estoniya polisi səhərə yaxın vəziyyətin nəzarət altına alındığını deyir. Kütləyə qarşı su şırnaqlarından və rezin güllələrdən istifadə olunub.


Polisin məlumatına görə, iğtişaşlarda əsasən rusdilli gənclər iştirak ediblər. Şəhərin mərkəzinə ciddi ziyan vurulub – şüşələr sındırılıb, dükanlar talan edilib.


İğtişaşlar Estoniyanın digər şəhərlərində də baş verib.


Bir gün qabaq toqquşmalarda bir nəfər Rusiya vətəndaşı ölüb, onlarla adam yaralanıb.


Qarşıdurmaya səbəb Tallində sovet əsgərlərinin xatirəsinə ucaldılan abidənin sökülməsi olub.


Rusiya da bu qərara kəskin reaksiya verib. Moskvada, Estoniya səfirliyi qarşısında müddətsiz etiraz aksiyası keçirilir.