İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoruna «Şöhrət» ordeni verilib

Prezident İlham Əliyevin aprelin 26-da imzaladığı sərəncamla İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə bu qurumun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri «Şöhrət» ordeni ilə təltif edilib.