Yeltsin dəfn olundu

Aprelin 25-i Rusiyada matəm günüdür

Aprelin 25-də Rusiyanın birinci prezidenti Boris Yeltsin Moskvada «Novodeviçye» qəbiristanlığında dəfn edilib.


Dəfn mərasimində Boris Yeltsinin yaxınları, habelə, Rusiya və bəzi xarici ölkələrin rəhbərləri iştirak ediblər.


Bundan qabaq Xaç İsa Kilsəsində onunla vida mərasimi keçirilib, mərasimə on minlərlə adam gəlib. Sonra mərhumun ruhu üçün dua oxunub.


Boris Yeltsin aprelin 23-də vəfat edib. 77 yaşlı sabiq dövlət başçısının ölümünə səbəb ürəyinin qəfil dayanması olub.


Aprelin 25-i Rusiyada matəm günüdür.