2006-cı il jurnalistlər üçün tarixdə ən qanlı il olub

Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun məlumatında deyilir ki, ötən il dünyada 100-dən çox KİV əməkdaşı qətlə yetirilib, onların yarısından çoxu İraqda öldürülüb.

Bu rəqəmləri şərh edən Mətbuat İnstitutunun direktoru Yohann Frits baş verənləri «jurnalistlərə qarşı müharibə» adlandırıb.