Tələbələr Təhsil Nazirliyi, Hərbi Komissarlıq və daha altı quruma qarşı iddia qaldırıb

Aprelin 24-də Nərimanov Rayon Məhkəməsində keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrinin Təhsil Nazirliyi, Hərbi Komissarlıq və daha altı quruma qarşı informasiya sorğusuna savab verməkdən imtinaya dair iddiasına baxılıb. Bu barədə tələbələrin nümayəndəsi Nurlana Əliyevə məlumat yayıb. Cavabdehlər informasiya sorğularının onlara çatmadığını bildiriblər. İddiaçı tərəf isə bildirib ki, sorğular onlara çatdırılıb və bu barədə sənədlərə malikdirlər. Qeyd edilən sənədlərin məhkəməyə təqdim edilməsi üçün proses aprelin 30-na təxirə salınıb.


Tələbələr ötən il iyulun 3-də adıçəkilən qurumlara sorğular göndəriblər. Sorğu, onların demələrinə görə, təhsil hüquqlarının bərpası ilə bağlı lazım olub.


Keçmiş Müstəqil Azərbaycan Universitetinin ikinci kurs tələbələri təhsil hüquqlarının bərpasını tələb edirlər.