Rumıniya parlamenti prezidenti səlahiyyətlərindən məhrum edib

Rumıniya parlamenti ölkə prezidenti Trayan Baseskunu səlahiyyətlərindən məhrum edib, onu konstitusiyaya zidd hərəkətlərdə təqsirləndirib.


Təşəbbüs müxalif sosial-demokratlara (keçmiş kommunistlərə ) məxsusdur. Bir tərəfdən, prezident, digər tərəfdənsə, Liberal Partiyası və sosial-demokratlar arasında qalmaqal artıq bir neçə aydır davam edir.


Basesku qabaqcadan xəbərdarlıq edib ki, səlahiyyətləri dayandırılarsa, istefa verəcək.


Hazırda prezidentin 10 minlərlə tərəfdarı Buxarestin mərkəzində etiraz nümayişinə toplaşır.