Polis jurnalistlərin piketinə imkan verməyib

Piket zamanı saxlanan olmayıb

Aprelin 17-də bir qrup jurnalist İçərişəhərdə icazəsiz aksiya keçirməyə cəhd edib. Ancaq polis piketin qarşısını alıb. Buna baxmayaraq media təmsilçiləri aksiyanın qətnaməsini oxumağa imkan tapıblar.

Qətnamədə «Diffamasiya haqqında» qanunun qəbul edilməsi, jurnalistlərə təzyiqlərlə bağlı açılmış cinayət işlərinin yekunlaşması və müqəssirlərin cəzalandırılması, Elmar Hüseynovun qatillərinin tapılması, «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinə qarşı təzyiqlərə son qoyulması tələb edilir.


Piket zamanı saxlanan olmayıb.