Gənclər və İdman naziri Azad Rəhimov deyir ki, xaricdə təhsil almaq üçün seçim yüksək bal toplamış gənclər arasında aparılacaq. Həmin gənclər dünyanın ən nüfuzlu ali məktəblərinə göndəriləcəklər.
Aprelin 16-da ölkə başçısı gənclərin xaricdə təhsil alması məqsədilə 2007-2015-ci illəri əhatə edən dövlət proqramını təsdiqləyib. Gənclər Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə təhsil alacaqlar.