İranda 15 tələbə həbs olunub

İranın Mazandaran əyalətində yoldaşlarının (Bijan Sabahın) həbsinə etiraz edən yerli universitetin 15 tələbəsi saxlanıb.


Bijan Sabah aprelin 14-də universitet binasının yaxınlığında həbs olunub.


Son vaxtlar hakimiyyətin tələbə fəallarına təzyiqləri güclənib. Onların çoxu universitetdən qovulub.