Dünyada iqtisadi artım son 30 ildə ən yüksəkdir

Neft qiymətlərinin artma riskinə baxmayaraq, qlobal iqtisadi artım hazırda son 30 ildə ən yüksəkdir.

Bunu Vaşinqtonda Böyük Yeddiliyin -- dünyanın sənayecə inkişaf etmiş yeddi ölkəsinin maliyyə idarələri və mərkəzi banklarının rəhbərləri bildiriblər.


Bəyanatda həmçinin deyilir ki, ABŞ iqtisadiyyatı sabit olaraq qalır, Avropa Birliyinin iqtisadiyyatı isə yüksəlişdədir.