Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə aprelin 19-da Belqradda görüşəcək

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib ki, Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin başçıları aprelin 19-da Belqradda görüşəcəklər.

Görüşü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Belqradda keçiriləcək görüşü çərçivəsində baş tutacaq.


Nazirlərin sonuncu görüşü martın 14-də olub.