«Məni razılığım olmadan nümayəndə heyətinin tərkibindən çıxarıblar»

«Əgər məni yenidən nümayəndə heyətinin tərkibinə qaytarsalar, buna etiraz edəcəyəm»

Məni razılığım olmadan Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin tərkibindən çıxarıblar. Bu barədə millət vəkili Elmira Axundova bildirib. Xanım deputat bu haqda mətbuata məlumat ötürülməsindən ciddi narazı olduğunu söyləyib. «Düzdür mən bir müddət əvvəl Oqtay müəllimə işlərimin çoxluğu ilə əlaqədar olaraq nümayəndə heyətinin tərkibindən çıxmaq istədiyimi bildirmişdim. Əgər məni yenidən nümayəndə heyətinin tərkibinə qaytarsalar, buna etiraz edəcəyəm».


Elmira Axundova 71 saylı Masallı kənd Seçki Dairəsindən deputat seçilib. Onun əvəzinə AŞPA nümayəndə heyətinin tərkibinə Müsavat Partiyasından olan deputat İltizam Əkbərli daxil edilib. Amma Müsavat başqanı İsa Qəmbər bildirib ki, cənab Əkbərli AŞPA-ya getməyəcək, çünki, bu partiyanın qərarına ziddir.