Timsah qopardığı qolu ancaq polis ona iki güllə vurandan sonra buraxıb

Tayvan cərrahları bir baytar həkiminin timsah dişləyən qolunu yerinə tikiblər. Bədbəxt hadisə heyvanxanada baş verib, baytar həkimi xəstə timsaha ağrıkəsici iynə vurmaq istəyirmiş. Timsah qopardığı qolu ancaq polis ona iki güllə vurandan sonra buraxıb. Amma timsah da sağ qalıb, indi heyvanxanaya - ona baxmağa daha çox adam gəlir.