Rusiya Moldovadan meyvə və tərəvəzin gətirilməsinə qoyulan qadağanı ləğv edib

Rusiya hökuməti Moldovadan bitki məhsullarının gətirilməsinə icazə verib.

«İtar-TASS» Agentliyinin Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidmətinə istinadən verdiyi məlumata əsasən, aprelin 11-də Moskvada Moldova Kənd Təsərrüfatı və Sənaye Nazirliyinin nümayəndə heyəti ilə bu barədə müvafiq protokol imzalanıb.


2005-ci ilin martından Rusiya hakimiyyəti Moldovadan meyvə və tərəvəzin idxalını qadağan etmişdi. Sözügedən məhsulların sanitar normalara cavab vermədiyi bildirilirdi. Buna qədər Moldova meyvə-tərəvəz məhsulunun 80 faizini Rusiyaya ixrac edirdi.