Türkmənistan prezidenti həm də ali qanunverici orqanın sədri seçilib

Türkmənistanın ali qanunverici orqanı hesab edilən Xalq Məsləhətinin martın 30-da keçirilən iclasında prezident Qurbanqulu Berdiməhəmmədov alternativsiz qaydada qurumun sədri seçilib.


Sabiq prezident Saparmurad Niyazov da həm qanunverici, həm də icraedici hakimiyyəti öz əlində cəmləşdirmişdi.


Saparmurad Niyazov 2006-cı ilin dekabrında vəfat edib. Bundan sonra onun səlahiyyətlərini həyata keçirən baş nazirin müavini Qurbanqulu Berdiməhəmmədov bu ilin fevralında prezident seçilib.