Rusiya və Çin 4 milyard dollarlıq müqavilələr imzalayıblar

Rusiya və Çin müəssisələri martın 27-də Moskvada 4 milyard dollardan çox məbləğində 20-dək saziş imzalayıblar.

Sənədlərin imzalanması Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Xu Szintaonun iştirakı ilə keçib.


Xu Szintao Rusiyada Çin Milli Sərgisinin açılışına gəlib.