Avropa Birliyinin liderləri 50-ci ildönümü bəyannaməsini qəbul ediblər

Avropa Birliyinin liderləri 50-ci ildönümü bəyannaməsini qəbul ediblər. «Berlin bəyannaməsi» Roma razılaşmasının şərəfinə imzalanıb. 1957-ci ildə bu razılaşmadan sonra Avropa Birliyinin qurulması üçün zəmin yaranıb. «Berlin bəyannaməsi»nə görə, yeni konstitusiya razılaşmasını 2009-cu ilə kimi hazırlamaq lazımdır.


Avropa Birliyinin hazırkı sədri olan Almaniyanın kansleri Angela Merkel deyib ki, birliyin prinsiplərinə (sülh və azadlıq, demokratiya, qanuni idarəçilik) sadiq qalacaq.