İnquşetiyada prezidentin oğurlanan əmisini axtarırlar

İnquşetiyada respublika prezidenti Murat Zyazikovun oğurlanan qohumunun axtarışı davam edir.


Respublika başçısının əmisi – 72 yaşlı Urusxan Zyazikovu martın 23-ü səhər məsciddən çıxarkən naməlum şəxslər oğurlayıblar.


İnquşetiya parlamentinin deputatları bəyanatla çıxış edib, caniləri ahıl insanı buraxmağa çağırıblar.


Rusiya Müftiləri Şurasının sədri Ravil Qaynutdin də baş verənlərdən hiddətini bildirib.