Teymur Rəcəbov üç oyundan yarım xal toplayıb

Monte-Karloda keçirilən dünyan ı n ən güclü şahmatçılarından 12-nin qatıldığı «Amber» turniri davam edir. Turnir azərbaycanlı Teymur Rəcəbov üçün uğursuz başlayıb. O, birinci turda rusiyalı Vladimir Kramnikə, ikinci turda isə hindistanlı Vişvanatan Ananda uduzub. Üçüncü turda holland Luk van Veli ilə qarşılaşan Rəcəbov xalları yarı bölüb.