UEFA kubokunun dörddəbir mərhəsinin püşkü atılıb

Birinci oyunlar aprelin 5–də, cavab qarşılaşmaları isə 12-də baş tutacaq

Martın 16-da Qlazqoda UEFA kubokunun dörddəbir mərhəsinin püşkü atılıb. Nəticələrə əsasən, «Aze Alkmaar» (Hollandiya) «Verder»lə (Almaniya), «Bayer» (Almaniya) «Osasuna» ilə (İspaniya), «Espanyol»sa «Benfika» (Portuqaliya) ilə qarşılaşacaq.


Turnirin ötən ilki qalibi İspaniyanın «Sevilya» klubu isə dörddəbirdə İngiltərənin «Tottenxem» klubu ilə mübarizə aparacaq.


Birinci oyunlar aprelin 5–də, cavab qarşılaşmaları isə həmin ayın 12-də baş tutacaq.