Amerikada xoruz döyüşləri yalnız Luiziana ştatında qalıb

Nyu-Meksiko ştatının rəhbərliyi xoruz döyüşlərinin keçirilməsini qadağan edib. Bu qərar heyvanların hüquqlarının müdafiəçilərinin təzyiqi altında qəbul edilib. İndi Birləşmiş Ştatlarda belə döyüşləri yalnız Luiziana ştatında keçirmək olar.


Bu köhnə tamaşanın həvəskarları deyirlər ki, qadağalar amerikalıları xoruz döyüşlərini gizlicə keçirməyə vadar edəcək.