Gürcüstanda hərbi vertolyot qəzaya uğrayıb

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına əsasən, qəza Bazalet gölünün yaxınında baş verib. Vertolyot böyük yüksəklikdən meşəyə düşüb. Üç heyət üzvü həlak olub.


Qəzaya səbəb mürəkkəb hava şəraitinin olduğu ehtimal edilir.