Lənkəranda əsgərin intihar etdiyi deyilir

Sərhəddə xidmət edən əsgərin intiharı ilə bağlı cinayət işi açılıb

Sərhəd Qoşunlarının Lənkəran ərazisindəki N saylı hərbi hissəsinin əsgəri Cavid Hüseynov intihar edib. «Trend» xəbər verir ki, Zərdab rayon hərbi komissarlığından 2006-cı ilin oktyabrında hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Cavid Hüseynovun meyidi hərbi hissənin yardımçı təsərrüfatındakı istifadə olunmayan boş otaqda ipdən asılmış vəziyyətdə tapılıb. Zərdab rayon hərbi komissarı Rəfael Vahidov bildirib ki, əsgərin meyidi doğulduğu Pərvanlı kəndinə gətirilib və dəfn olunub. Faktla bağlı Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə dərəcəsinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır.