Əfqanıstan parlamenti amnistiya haqqında qanun qəbul edib

Əfqanıstan parlamenti ölkədə son 25 ildə hərbi cinayətlər törətmiş şəxslərə amnistiya verilməsi haqda qanun qəbul edib. Qanun həmçinin , cinayət qurbanlarının məhkəməyə müraciət haqqını tanıyır.


Fevralın sonunda on minlərlə keçmiş mücahid Kabildə amnistiya qanununu dəstəkləyən mitinq keçiriblər.