Tehranda həbs olunan qadınların əksəriyyəti azad edilib

Tehranda martın 4-də dinc aksiya zamanı saxlanan qadınların əksəriyyəti azad olunub. Həbsxanada yalnız üç nəfər qalıb.


Qadınlar hüquq-müdafiə hərəkatının qadın fəallarının məhkəməsinə etiraz edirdilər.


«Amnesty International» beynəlxalq müdafiə təşkilatı bu yaxınlarda bəyanatında bildirmişdi ki, İranda Beynəlxalq Qadın Gününün qeyd olunmasının qarşısını almaq üçün hakimiyyət sərt tədbirlər görür.