Enerjidaşıyıcıların qiymətlərinin artırılmasından sonra yaranmış vəziyyət parlamentdə müzakirə olunacaq

Nazirlər Kabineti Milli Məclisə hesabat verərkən enerjidaşıyıcıların qiymətlərinin artırılmasından sonra yaranmış vəziyyət ciddi şəkildə müzakirə olunacaq. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, hökumətin 2006-cı ilin sosial – iqtisadi yekunları ilə bağlı hesabatında bu məsələyə geniş yer verilib.